• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 25.06.2020 20:32

500 nəfərlik teatr gələn il istifadəyə veriləcək

KepezTV Player

Gəncədə tikilməkdə olan yeni teatr binası gələn ilin əvvəlinə hazır olmalıdır. Tikintinin yekunlaşması məqsədilə dövlət büdcəsindən ayrılan 13,8 milyon manat vəsait işlərin yüksək səviyyədə yerinə yetirilməsinə imkan verəcək.

Gəncəçayın sağ sahilində, bulvar ərazisində tikilən teatr binası 5 mərtəbəli olacaq. Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində ucaldılan binada inşaat işləri tamamlanmaq üzrədir.

Gəncə Dövlət Dram Teatrının köhnə binasında 200 nəfərlik tamaşaçı tutumu olan zal var idisə yeni binada isə 500 nəfərlik tutumu zal teatrsevərlərin ixtiyarına veriləcəkdir. Zalın beton işləri tam yekunlaşıbdır, ancaq səhnənin quraşdırılması, mexaniki işlər eləcədə digər rənglənmə işləri qalıbdır.

Elvin Kərəmli iş icraçısı:Üçüncü dördüncü mərtəbələrdə havalandırma işləri, elektrik işləri, santexnik və rəngsaz işləri davam edir. Dəmir, beton rekanstruksiya işləri başa çatıb. Binanın üzünün gülbağı daşı işləri 80 faiz yekunlaşıb və binanın arxasında 20 faiz gülbağı daşı işləri qalıbdır. Gələcəkdə görüləcək işlərimiz binanın arxasında 2 ədəd 500 kubmetrlik su anbarı tikiləcəkdir.

Binanın giriş hissəsi stünlar vasitəsilə layihələndirilib. Kiçik iclas zalı, 80-ə yaxın səsyazma, qrim, məşq otaqları, aktyor heyyətinin dincəlməsi üçün otaqlar yaradıcı heyyətin ixtiyarına veriləcək.

Elşad Əhmədov Gəncə Dövlət Dram Teatrının rejissoru: Əvvəlki binamızda yaradıcılıq işlərimizlə məşğul olurduqsada bizə məhdud şərait yaradırdı ki, işıq effektlərinin olmaması, texniki bazanın olamaması yaradıcı işimizə maneçilik törədirdi. Yeni texniki, texnaloji avadanlıqlarla binadamızda daha möhtəşəm tamaşalar işləmək və son səhnə texnalogiyalardan istifadə edərək tamaşaçıların ixtiyarına verəcəyik.

Dram teatrın hazırki binasının yaxınlığında ucaldılan tikili estetik baxımdan görünüşü yeniləməklə yaradıcı heyyət üçün yeni imkanlar yaradır.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru: Bu illər ərzində Gəncə Dövlət Dram Teatrı çox qədim bir tarixə malik olan 1886-cı ildən Alman Forel qardaşları tərəfindən tikilən binada öz fəaliyyətini davam etdirib. Həmin bina 1932-ci ildən teatr binası üçün uyğunlaşdırılıan bina idi. Bu gün müasir dövr teatr tələbləri nədən ibarət idisə bina o tələblərə cavab vermirdi.

Gələn ilin əvvəlinə təhvil verilməsi nəzərdə tutulan dram teatr üçün yeni qazanxana, elektirik təchizatı üçün yardımçı tikililər də inşa ediləcək.