• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1712
— 25.06.2020 15:03

Karantin rejimini pozan 1 021 nəfər cərimələndi

KepezTV Player

Karantin rejimini pozan 1 021 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Ötən gün ərzində sərt rejim tətbiq olunan bölgələrdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 852 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda maskalardan istifadə edilmədiyinə görə 167 nəfər 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə 2 nəfər 211.3-cü maddə ilə məsuliyyətə cəlb olunub.Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 195 nəqliyyat vasitəsi rayon, 185-i isə paytaxt istiqamətinə olmaqla 380 avtomobil geri qaytarılıb.