• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 25.06.2020 15:00

SMS icazə sistemi ilə bağlı dəyişiklik

KepezTV Player

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin apardığı araşdırmalar nəticəsində bəzi vətəndaşların 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verdikləri aşkarlanıb. Müəyyən olunub ki, cavabın qısa müddət ərzində gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər. Buna görə də, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavab veriləcək.Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.