• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 24.06.2020 19:43

Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

KepezTV Player

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artaraq 84 100-ə çatıb. Həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.