KepezTV Player
Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü PB əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Azəri” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
- Baxış: 1610