• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2725
— 23.06.2020 12:10

23 iyun Beynəlxalq Olimpiya günüdür

KepezTV Player

23 iyun bütün dünyada Beynəlxalq Olimpiya günü kimi qeyd edilir. Beynəlxalq Olimpiya Komitəsinin 1947-ci ildə keçirilən sessiyasında belə bir günü qeyd etmək təklifi irəli sürülüb. İlk əlamətdar gün bu tarixdən bir il sonra 9 ölkədə qeyd olunub.

Beynəlxalq Olimpiya günü deyəndə ilk ağla gələn planetin ən böyük yarışı hesab olunan olimpiya oyunları olur.  O, turnir ki, bütün idman dünyasını bir araya gətirir, mötəbərliyinə görə rəqib tanımır.

İdmanın inkişafında xidmətlərinə görə  bir çox fəxri adlara layiq görülən Elçin Zeynalov həm də “Olimpiya” ordenli məşqçidir. Zeynalov ölkəmizdə olimpiya hərəkatının genişlənməsində və nailiyyət qazanmasında xüsusi rola malikdir. O, olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi, onun uğurlarının memarlarındandır. Yeri gəlmişkən, Azərbaycan idmançıları indiyədək Olimpiya Oyunlarında 8 qızıl, 12 gümüş, 25 bürünc medal qazanıblar və bu uğurlarda Gəncə idmançılarının da payı var.

Bu gün Gəncədə Toğrul Əsgərov, Mövlud Mirəliyev kimi olimpiya medalçılarının davamçıları yetişməkdədir. Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovla Turan Bayramov artıq bu yolda addımlayır.