• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 20.06.2020 20:21

Açıq havada idman yarışlarının keçirilməsinə qadağa qoyulur

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərara əsasən, Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulur. 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılacaq. Xatırladaq ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi. Gənclər və idman nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin, eləcə də digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsində idi. Bu müddətdə xüsusən futbol meydançalarında oyunlar və parklarda qrupda sayı 10 nəfərdən çox olmamaq şərtilə məşqlər keçirilirdi. Amma karantin rejiminin sərtləşdirilməsi səbəbindən əksəriyyət kimi aktiv idmanla məşğul olanlar da evdə qalmalı, qaydalara əməl etməlidirlər.