• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 20.06.2020 11:15

HHQ-nin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimi keçirilib

Hərbi Hava Qüvvələrinin yeni inşa edilən hərbi hissəsinin açılış mərasimi keçirilib.Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib. Vurğulanıb ki, yaradılan şərait şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.