• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2336
— 19.06.2020 16:11

İsinən havalarda günəşdən necə qorunmaq olar?

KepezTV Player

İsti yay günlərində səhhətimiz üçün ciddi təhlükə törədən səbəblərdən biri də günvurmalardır. Artıq bir neçə gündür ki, respublika ərazisində havaların kəskin isti keçməsi, vətəndaşların belə hallara qarşı diqqətli olmasını vacib edir. Məhz bu səbəbdən mütəxəssislər həyəcan təbili çalır. Uşaq, qoca tanımayan bu problem zamanı ilkin tibbi yardım qaydaları necə olmalıdır?

Son bir neçə gündə havaların kəskin isinməsi, günvurma təhlükəsini aktual edib. Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü biruzə verən günvurmaya qarşı tədbirlər görülməzsə, ciddi fəsadlara yol aça bilər. Xüsusən də isti havalarda günorta saatlarında açıq günəş altında olmaq riskli hesab edilir.

İnşallah Vəliyev - sakin: İsti havada çölə çıxmaq məsləhət deyil də. Neçə dərəcə olursa, olsun 40 dərəcəni keçirsə, istidə çölə çıxmaq ziyandır. Mən elə hesab edirəm ki, insanlar özünü qorumaq üçün sərin yerlərdə oturmalıdır. Soyuq sudan istifadə edilməlidir.

Əvəz Əzizov - Kölgəynən gəzmək lazımdır, saat 1-dən 3-ə kimi çölə çıxmaq lazım deyil. Günvurma olduqda onu kölgəyə salmaq lazımdır, yaxasını açmaq lazımdır ki, sərin hava alsın. Sərin su da vermək lazımdır ki, özünə gəlsin.

Həkimlər yaşlıların, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin və azyaşlıların havanın hərarəti yüksək olduğu günlərdə müəyyən saatlarda açıq günəş şüaları altında olmalarını məqsədəuyğun hesab etmirlər.  Belə insanların istiyə dözümlülüyü az olduğundan, onların səhhətində ciddi problemlər yarana bilər. Belə hallardan qorunmaq üçün isə...

Vasif Əliyev - həkim: Ürək-damar xəstəlikləri olan insanlar müəyyən saat ərzində günəşin altında qaldıqda, hansısa fiziki işlə məşğul olduqda ən çox bu hal baş verir. Bunun nəticəsində dəridə bir sıra yanıqlar, ümumi halın pisləşməsi, ürək-damar sistemində bir sıra patologiyalar əmələ gəlir. Günəş şüasının ən çox məruz qaldığı nayihənin digər sərin bir məkana köçürülməsi, xəstəyə ilkin tibbi yardım olaraq soyuq prosedürların həyata keçirilməsi, bədən temperaturunun aşağı salınması və digər orqanların da funksiyalarında problem yaranıbsa da, həmin istiqamətdə yardım həyata keçirilib xəstənin xəstəxanaya təxliyyə olunması məsləhətdir

Adətən yaxın, doğma və əziz olan insanlarla görüşəndə və ya ayrılanda, biz onlara cansağlığı arzulayırıq. Bəli, həqiqətən də sağlamlıq insan üçün əvəzolunmazdır. Ona görə də onu qorumalıyıq. Vətəndaşlar da qarşıdakı günlərin isti keçməsini nəzərə alaraq yuxarıda sadalanan göstərişlərə mütləq şəkildə əməl etməlidirlər.

 

Valeh Anaroğlu