• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3132
— 19.06.2020 16:17

1727 nəfər imtahan verib

KepezTV Player

Şəmkirdə Dövlət İmtahan Mərkəzi tərəfindən 11-ci siniflər üçün yekun qiymətləndirmə və 9-cu sinif rus bölməsi üzrə Azərbaycan dili fənnindən imtahan keçirilib. 1727 məzun 7 binada imtahan verib. Şagirdlər ara məsafəsi gözləməklə, maska taxmaqla, əlləri dezinfeksiya olunduqdan sonra binaya buraxılıb. 171 nəfər nəzarətçi müəllim və 21 imtahan rəhbəri 3 saat ərzində prosesi izləyib.

Eltun İsgəndərov - məzun: Yaxşı idi, bütün izalyasiya tədbirləri görüldü. Spirtləndikdən sonra sinfə buraxıldıq. Ara məsafəsidə qorundu. Riyaziyyatdan 27-i, ana dildən 25-i və inigilis dilindən 22-ni yazdım.

Ruslan Abdullayev - imtahan rəhbəri: İmtahan saat 1-də başladı. 18 sinif təyin olundu və 18 sinifdə də 250-ə yaxın şagird iştirak edir. 7 nəfər şagirdimiz iştirak etmir. Yoxlama zamanı uşaqlar arasında heç bir qızdırma halı aşkar edilməyib. İngilis dilindən dinləmə mətni vardı ki,10 dəqiqə dinləmə qurğusu ilə qulaq asıldıqdan sonra testləri yerinə yetirirlər.

Faiq Həsənov - DİM-in Şəmkir Regional Bölməsinin müdiri: Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarında 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları yekunlaşıbdır. Həmçinin 9-cu sinif şagirdləri üçün də Azərbaycan dili başa çatıb. İstər məktəbin həyətyanı sahəsində istərsədə otaqlarda şagird partaları arasındakı məsafələrə riayət olunub.