• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 19.06.2020 16:10

Pandemiya dövründə təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır

KepezTV Player

AZAL COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.<br>Yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.<br>Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir. Yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir.<br>Həmçinin "Duty Free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.