Bu gün Gəncə boksunun üzdə olan məşqçilərindən biri Şahin Nik-Nicatın 60 illik yubileyidir. Nizami yurdunda bu idman növünün inkişafında xidmətləri olan təcrübəli mütəxəssis Respublika səviyyəsində də tanınan simalardandır.
Gəncliyində idmançı kimi müxtəlif uğurlara imza atan Şahin Nik-Nicat karyerasını başa vurduqdan sonra sevimli idman növündən ayrı düşməyib, məşqçliyə başlayıb. Bildiklərini yetirmələrinə öyrədib.
60 yaşını haqlayan mütəxəssis üçün digər önəmli məqam əmək fəaliyyətinin 40 ilini geridə qoymasıdır.
Şahin müəllimin yetirmələri arasında ən böyük uğura imza atab Aslan Bayramov olub. O, 2003-cü ildə Bakıda yeniyetmələr arasında keçirilən dünya birinciliyinin qalibi adını qazanıb.
Həyatını boksa bağlasa da, övladları onun yolunu davam etdirmək istəməyib. Hər iki oğlu başqa sahələrə yönəlib.
Şahin Nik-Nicat fəaliyyətinə görə əməkdar məşqçi adına layiq görülüb. Gəncədə idman məktəbində çalışmaqla yanaşı, ölkəmizdə keçirilən yerli və beynəlxalq səviyyəli yarışların baş katibi vəzifəsini daşıyır.
- Baxış: 1898