• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3125
— 18.06.2020 16:35

Təbliğat və maarifləndirmə davam edir

KepezTV Player

Respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər aparılır. Epidemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür. Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin və Şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət yaradılan mobil qrupun üzvləri tərəfindən xüsusi karantin rejimi dövründə vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsi məqsədilə növbəti maarifləndirmə tədbiri həyata keçirilib. Vətəndaşların kütləvilik təşkil etdiyi ərazilərdə sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə söhbət aparılıb. Şəxsi gigiyena qaydalarına əməl etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaları, digər şəxslərlə minimum kontaktda olmaları, hərəkət və ünsiyyət zamanı sosial məsəfənin qorunması tövsiyə edilib, maarifləndirici bukletlər paylanılıb.