• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 18.06.2020 16:32

Buraxılış imtahanı keçirilib

KepezTV Player

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Göygöl və Goranboy rayonunda 11-ci sinif üzrə buraxılış, eləcə də  9-cu sinif rus bölməsi üzrə Azərbaycan dili fənnindən imtahan keçirilib. Hər iki rayon üzrə ümumilikdə 10 binada təşkil edilən imtahanlar 158 sinif otağında baş tutub. 220 zal nəzarətçisi və 25 imtahan rəhbəri prosesə cəlb olunub. Məzunlar şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi və sağlamlıq haqqında bəyannaməni təqdim etdikdən sonra imtahanlara buraxılıb. 3 saat ərzində Azərbaycan dili, riyaziyyat və ingilis dilli fənlərindən ümumilikdə 90 sual cavablandırılıb. İmtahanlar zamanı sosial izalyasiya qaydalarına riayət olunub. Nəzarətçi müəllimlər, imtahan iştirakçıları maskalardan istifadə edib və otaqlarda ara məsafəsi gözlənilib.

Əyyam Kazımov məzun:Göygöl rayon Çaykənd tam orta məktəbində oxuyuram. İmtahanlarda çox yaxşı keçdi, yaxşı da yaza bildim. Azərbaycan dilindən hamısını yazdım, ingilis dilindən, riyaziyyatdan da 5 qaldı.

Ramin Məmmədov məzun:Göygöl rayon Suallar asan idi, 75 sualı yazdım. Açıq sullardan çox yaza bilmədim, qapalı sualları yazdım. Sosial izalyasiya qorunur, hər şey yaxşıdır.

Emin Məlikov imtahan rəhbəri:Göygöl rayonu üzrə 6 saylı məktəbdə buraxılış imtahanın birinci mərhələsini həyata keçirdik. Pandemiya dövrü ilə əlaqədar olaraq bütün qayda və qanunlara uyğun hərəkət edilərək biz şagirdlərin sağlamlığını nəzərə alaraq onlar yoxlanışdan keçərək siniflərə daxil oldular. İmtahnda 16 nəfər şagird iştirak etməmişdi.Aparılan yoxlanış tədbirləri nəticəsində hər hansı bir qeyri formal hadisəyə rast gəlinmədi.