• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 18.06.2020 14:09

Şəmkirdə könüllülər kümçülərə dəstək nümayiş etdiriblər

KepezTV Player

Könüllülük cəmiyyət üçün böyük bir dəyərdir. Bu dəyər insanları vahid niyyət ətrafında birləşdirir. Şəmkirdən olan gənclər də hər sahədə olduğu kimi aqrar sektorda da könüllülük dəstəyi nümayiş etdiriblər. Bu dəfə könüllülər kümçülərə barama yığımında yardımçı olublar.

Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri ilə brilikdə bir neçə gündür kümxanalarda barama yığımı ilə məşğuldurlar. Göstərilən xidmət gənclərin arqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş etdirmək, bu sahədə praktiki bacarıqlarını artırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır.

Züleyxa Rüstəmli könüllü: Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində iyun  ayından könüllü kimi çalışıram. Kənd təsərrüfatının bir çox sahələri ilə tanış olmuşam. Bu gün isə Şəmkir rayonunda baramanın dəriminin iştirakçısıyıq.

Bir necə ildir rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri yaxşı gəlir əldə edirlər. Könüllülər bu il kümçülərdən öyrəndiklərini növbəti ilə şəxsi təsərrüfatlarında reallaşdırmaq arzusundadırlar.

İlkin Həsənov könüllü: Bir çox sahələrə marağım var. Bu gündə biz barama yığımında iştirak edirik. Bir gənc olaraq fəxr edirik ki bu sahədə də özümüzü sınayırıq.

Bu il ölkəmizdə könüllülər ili elan olunub. Bu səbəbdən də Şəmkirdən gənc könüllülər müxtəlif layihələr üzrə bilik və bacarıqlarını sınaqdan keçirirlər.

Natiq Hüseyn