• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2007
— 18.06.2020 12:31

İcra başçısının müavini və xanımı koronavirusa yoluxdu

KepezTV Player

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva koronavirusa yoluxub. Hər ikisi Goranboy rayon Xəstəxanasına yerləşdiriliblər. Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı da koronavirus infeksiyasına tutulub. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, xəstələrin vəziyyəti yaxşıdır və müalicələri davam edir. Paralel olaraq nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir.