• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 17.06.2020 20:15

İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki açıqlanıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 24 və 25 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafikini açıqlayıb. "İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun olaraq, 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci sinif məzunları üçün Azərbaycan dili imtahanları keçiriləcək.