• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 17.06.2020 16:08

"Yoluxma sayı daha da arta bilər"

KepezTV Player

Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl edilməsə, koronavirusa yoluxma sayı daha da arta bilər. Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, əhalinin 0,1 faizində koronavirus aşkarlanıb. Epidemioloji vəziyyət hələ nəzarət olunan səviyyədədir. "Aprelin 27-dək xəstələnmə halları tam aşağı düşmüşdü. İndi yoluxma dəfələrlə artıb. Bu, epidemiyanın dalğavari gedişidir. İkinci dalğanın olub-olmaması haqqında konkret fikir söyləmək hələ tezdir" deyə baş infeksionist vurğulayıb.