Dövlət İmtahan Mərkəzi iyunun 18 və 19-da respublikanın 38 şəhər və rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan buraxılış siniflərinin məzunları üçün Azərbaycan dili imtahanları keçirəcək. Qərb bölgəsində iyunun 18-də Göygöl və Goranboyda 1931 şagirdin biliyi sınağa çəkiləcək.Prosesə 25 imtahan rəhbəri, 220 zal nəzarətçisi cəlb olunub. İyunun 19-da isə Samux və Mingəçevirdə 1670 şagirdin imtahanını 162 zal nəzarətçisi və 22 imtahan rəhbəri izləyəcək. İmtahanlar saat 11-də başlayacaq və şagirdlərin 30 dəqiqə qabaqcadan binanın qarşısında olmaları mütləqdir. Hər bir şagird imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edib götürə bilər.Bundan əlavə olaraq, TƏBİB-in qərarına əsasən, şagirdlər sağlamlıq haqqında bəyannaməni də çap edib imzalamalıdırlar. Beləliklə, imtahana gətirilməli sənədlər şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi və sağlamlıq haqqında bəyannamədir.
Nəsimi Məmmədov DİM-in Gəncə Regional Bölməsinin müdiri: İmtahana lazım olan sənədlər gətirilməlidirlər və imatahana başqa vastələrin gətirilməsinə icazə verilmir. İmtahan zamanı onlarda mobil telefon aşkar olunursa onların nəticələri ləğv olunur. İmtahan rəhbərləri, nəzarətçi müəllimlər, imtahn binasında xüsusi mühafizəni həyata keçirəcək şəxslərin hər biri ilə təlimatlar keçirilib. Hansı rayonda hansı binada yenidən imtahan keçiriləcəksə iki gün öncə dizinfeksiya işləri həyata keçirilir. İmtahan binalarında bütün şəraitlər yaradılıb. Bütün qabaqlayıcı tədbirlərin hər biri tam şəkildə həyata keçirilib və hazır vəziyyətdədir.
- Baxış: 523