Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində bu il Tovuz rayonunda yeniliklər var. Ötən illə müqayisədə 2020-ci ildə daha çox məhsul əldə etmək üçün həm kümçülərin, həm də onlara verilən ipəkqurdunun sayı artırılıb. 2019-cu ildə 76 kümçüyə 325 qutu ipəkqurdu verilmişdisə, cari il 87 kümçüyə 350 qutu baramaqurdu paylanılıb. Bu da məhsuldarlığın yüksək olacağından xəbər verir. Bir çox təsərrüfatlarda artıq yaş barama qəbul məntəqələrinə təhvil verilib və bu proses davam edir. Bundan başqa rayonda baramaçılığın yaxşılaşdırılması yönündə başqa işlər də görülüb. Buna yeni tut tinglərinin salınmasını misal göstərmək olar.
Mayıs Mustafayev Tovuz DAİM-in bitki sektorunun müdiri:Baramaçılığın inkişafı üçün dövlətimiz çox böyük kömək göstərir. Bunlardan biri də Çin Xalq Respublikasından tut tinglərinin gətirilib, əvəzsiz olaraq fermerlərə paylanmasıdır. 2020-ci il üçün 5000 ədəd ting Tovuz rayonunda paylanmış, bundan başqa yerli tut tinglərinin əkini də aparılır. Rayonun havanın soyuq keçməsi ilə əlaqədar dağ kəndləri istisna olmaqla, bütün kəndlərdə baramaçılıq tətbiq olunur.
- Baxış: 213