KepezTV Player
Qusarda canavarlar təsərrüfatlara hücum ediblər. Yırtıcılar Həsənqala kəndində 12 baş heyvanı parçalayıblar.
Qusarın Həsənqala kəndində canavarlar kənd sakinlərinə məxsus təsərrüfata hücum edib. Hadisə gecə saat 3-4 radələrində baş verib. Yırtıcılar kənd sakinlərin Şöhrət Nemətovun tövləsində 11 qoyun və keçini , Cavanşir Zeynalovun isə bir baş qoyununu parçalayıb.
Faktla bağlı Qusar Rayon Baytarlıq İdarəsinə və yerli icra qurumlarına məlumat verilib.
Həsənqala kəndində iki ay öncə də canavarların təsərrüfata hücumu qeydə alınıb.
- Baxış: 1846