• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2137
— 12.06.2020 19:50

Bakı komandalarının heyətində Gəncə futbolu üçün xeyli tanış sima var

KepezTV Player

Avropanın aparıcı futbol liqalarının ardınca Azərbaycanda da çempionat bərpa olunacaq. Koronavirus pandemiyasına görə mart ayından yarımçıq dayandırılan Premyer Liqa gələn həftə qaldığı yerdən başlamalıdır. Qərb regionunun elitada təmsilçisi olmasa da, Bakı komandalarının heyətində Gəncə futbolu üçün xeyli tanış, doğma sima var. Onlardan biri “Kəpəz”in sabiq kapitanı, yerli publikanın sevimlisi olan Şəhriyar Rəhimovdur. Həmkarımız Azad Rəfi votsap sosial şəbəkəsi üzərindən hazırda “Səbail”in formasını geyinən milli komandamızın üzvü ilə söhbətləşərək Premyer Liqanın bərpası ilə bağlı fikirlərini öyrənib.

Premyer Liqa klubları iyunun 1-dən məşqləri bərpa ediblər. Buna kimi isə futbolçular fərdi halda məşqçilərin tövsiyyələrinə əsasən ev şəraitində hazırlaşıblar.

Çempionatın startına az vaxt qaldığından komandalar qısa zaman kəsiyindən səmərəli yararlanıb maksimum şəkildə hazırlaşmağa çalışırlar. Amma bu, olduqca çətin görünür.

Premyer Liqanın başlaması ilə bağlı bu gün də müəyyən fikirlər səslənir. I Divizionda mövsümün yekunlaşmadığı dövrdə əksəriyyət elitada yarışın bərpasını razı qarşılayır.

Futbolumuzun yüksək liqasında mübarizə iyunun 21-də başlayacaq. 21-ci tur oyunları çərçivəsində Şəhriyar Rəhimovun çıxış etdiyi “Səbail” səfərdə “Sumqayıt”ın qonağı olacaq.