• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 11.06.2020 20:23

Onlayn şahmat turniri keçiriləcək

KepezTV Player

Gəncədə növbəti onlayn şahmat turniri keçiriləcək. Bu dəfə ki, yarış 15 İyun Milli Qurtuluş Gününə həsr edilib. Açıq turnirdə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Chess.com internet portalı üzərindən oynanılacaq yarış sabah başlayacaq. Oyunlar 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçiriləcək. Yarışda 100-ə yaxın şahmatçının iştirak edəcəyi gözlənilir. Turnirdə Gəncə ilə yanaşı, Samux, Mingəçevir və Bakı təmsilçiləri də qüvvəsini sınayacaq. Mübarizələr qarışıq keçirilsə də, mükafatçılar qızlar və oğlanlar arasında ayrı seçiləcək. İlk 3 yeri tutacaq iti zəka sahibləri diplomla təltif olunacaq. Qeyd edək ki, koronavirus pandemiyasına görə yaranan mövcud vəziyyətə uyğun olaraq son vaxtlar yarışlar onlayn keçirilir. Sonuncu belə turnir 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasına gününə həsr olunub.