Havaların günbəgün isinməsi yayın keçilməz avadanlığı hesab edilən kondisionerlərdən istifadə ilə bağlı məsələləri də aktuallaşdırıb. Lakin yaşadığımız hazırdi karantin rejimi dövründə insanları bir sual düşündürür. Pandemiya zamanı kondisionerləri yandırmaq mümkündürmü? Mütəxəssislər ciddi xəbərdarlıq edirlər.
İsti yay günlərində sərinləmək üçün dadımıza çatan vasitə dedikdə əlbəttə ki, ağıla kondisioner gəlir. Bu mövsümdə evdə, ofisdə, nəqliyyat vasitələrində bu, ən vacib avadanlıqdır. Müxtəlif zamanlarda kondisionerin zərərlərindən danışılsa da, ona tələbat həmişə yüksək olub. Lakin indi situasiya bir qədər dəyişib.
Hazırda dünyanın mübarizə apardığı Covid-19 məsələni bir qədər qəlizləşdirir. TƏBİB sədri Ramin Bayramlının sözlərinə görə, yoluxma nəzarət altında saxlanılmazasa, xəstəlik çox sürətlə yayıla bilər. Gənc yaş qruplarında yoluxma hallarının artması və xəstəliyin ağır keçməsi də narahatedici məqamlardandır.
Ölkədə yoluxma hallarının artması, gündəlik göstəricinin 300-dən yuxarı olması ciddi narahatedici məqamdır. Havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskini artırdığından TƏBİB kondisionerlərdən istifadəni məsləhət görmür. Bəs yayı kondisionersiz keçirmək olar?
Təbib kondisionerlərdən istifadəni məsləhət görmür. Məsələyə münasibətiniz necədir ?
Virusun vaksini hələ də tapılmayıb, amma həkimlər deyirlər ki, bəzi profilaktik tədbirlərlə COVİD-19-dan yan keçmək mümkündür. Bunlar maskadan istifadə, fiziki məsafənin gözlənilməsi və gigyenik qaydalara əməl olunmasıdır. Ekspertlərin bir tövsiyəsi də var: İsti havalarda olduğunuz otağı mütəmadi şəkildə havalandırın. Bu məqamda söhbət havanın dəyişilməsindən gedir və kondisionerdən istifadə nəzərdə tutulmur. Çünki onun da öz fəsadları var.
Kondisionerin işləməsi sağlamlığınıza ziyan vurubmu, problem yaşamısınızmı?
Nə qədər qəribə olsa da, yay aylarında soyuqdəymə ilə bağlı həkimə müraciət edənlərin sayı kifayət qədər çox olur. Zərbənin əsasən haradan dəydiyi məlumdur. Bəs yayı sağlamlığımızı təhlükə altında qoymadan necə rahat keçirə bilərik?
İnsan üçün ən qiymətli nemət onun sağlamlığıdır. Sağlamlıq olmasa uğur qazanmaq, həyatdan zövq almaq da olmaz. Elə isə sağlamlılğımızın qeydinə qalaq. Bəzən bu, kondisoneri söndürmək və ya temperaturu nizamlamaq qədər asan olur.
- Baxış: 595