Gəncədə idman infrastrukturunun yenidənqurulması istiqamətində işlər davam etdirilir. Nizami yurdunda idman sarayının tikintisi ilə paralel olaraq idman liseyinin təmiri də aparılır.
Təhsil nazirliyinin tabeçilyində fəaliyyət göstərən liseyin restavrasiyasına 2019-cu ilin iyul ayında start verilib. Həmin vaxtdan inşaat planına əsasən, işlər nəzərdə tutulduğu qaydada edir.
Lisey 1961-ci ildə internat məktəbi kimi istifadəyə verilib. 2009-cu ildən futbol təmayüllü internat tipli gimnaziya adlanıb. Ötən ildən isə idman liseyi kimi fəaliyyətini davam etdirib. Yarım əsrdən çox tarixi olan məktəb bu vaxta kimi əsaslı təmir olunmayıb. ((K/A)) Koronavirus pandemiyası ilə bağlı yaranan mövcud vəziyyətə baxmayaraq təmirin gedişatı ilə bağlı hər hansı bir ləngimə olmayıb, işlər öz axarı ilə gedir.
Layihəyə əsasən, 4 mərtəbəli liseydə sinif otaqları ilə yanaşı, inzibati otaqlar, yataqxana və yeməkxana da olacaq. 1-ci mərtəbə akt zalı rəhbərlik, müəllim və texnik heyət üçün, 2-ci 3-cü mərtəbələr tədris, ən yuxarı mərtəbə isə yataqxana üçün nəzərdə tutulub. Bundan əlavə məktəbdə şəraitə uyğun olaraq Gəncədə daha çox kütləviliyi və populyarlığı ilə seçilən iki idman növünün - futbol və güləşin inkişafı üçün baza yaradılacaq.
Güləş zalı ilə yanaşı, liseydə məşq etmək və oyunların keçirilməsi üçün süni örtüklü futbol meydançası da salınacaq.
- Baxış: 2227