• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 08.06.2020 19:16

Azərbaycana 9 kq-dan artıq narkotik gətirilməsinin qarşısı alınıb

KepezTV Player

Ağ ölümün cənginə keçənlər və başqalarını da bu yola sürükləyənlər... Bəli, söhbət narkotikdən və onun ticarəti ilə məşğul olanlardan gedir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 22 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.

“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomobil yolunda Ağalı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli “Qazel” markalı avtomobilin əraziyə yaxınlaşması, maşından bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq qaçmağa çalışarkən avtomobilin sürücüsü ilə birlikdə saxlanılıblar. Onların Bakı şəhər sakini 47 yaşlı Tahir Eyvazov və Ağcabədi rayon sakini 39 yaşlı Rəşad Məmmədov olduğu müəyyənləşib. Nəqliyyat vasitəsindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 350 qram müxtəlif narkotik vasitələr aşkar olunaraq götürülüb. Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinin əməkdaşı olduğu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na məxsus olması müəyyənləşdirilib. Fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini Elçin İmanovu saxlayıblar. Üzərinə baxış zamanı 1 bükümdə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla İmanovun narkotik vasitəni Cəlilabad rayonunun Privolnoye kənd sakini Ziya Hüseynovdan əldə etdiyi müəyyənləşib. Saxlanılan Hüseynov İmanova həmin nakotik vasitəni satdığını etiraf edib və əlavə olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda heroini Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində ona məxsus əkin sahəsində torpağa basdırdığını deyib. Ziya Hüseynovun özünün də iştirakı ilə sözügedən əraziyə keçirilən baxış zamanı orada torpaq qatının altında gizlətdiyi 5 ədəd sellafon bağlamada ümumi çəkisi 4,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Növbəti əməliyyat isə Yevlaxda keçirilib. Rayon Polis Şöbəsinin əməkdaşları çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Rafiq Əhmədov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, hündürlüyü 25-225 santimetr olan, çəkisi 8 kiloqramdan artıq 45 ədəd çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.