Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional bölməsi əhatə etdiyi ərazilər üzrə fitosanitar monitorinqlər təşkil edir. Agentliyin bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları Göygöl rayonundakı əkin sahələrində olublar. Rayonun Topalhəsənli kəndində yerləşən taxıl zəmilərinə baxış keçirən agentlik işçiləri müşahidələr zamanı bitkilərin inkişafına mane olan və məhsuldarlığı aşağı salan zərərli orqanimzlərlə bağlı fermerləri məlumatlandırıblar. Eləcə də, əkin sahiblərinə aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq tövsiyə olunub. AQTA-nın Gəncə Regional bölməsi Gəncə, Daşkəsən, Göygöl, Goranboy və Samux ərazilərinə nəzarət edir.
Jalə Kazımova - AQTA-nın Gəncə Regional bölməsinin əməkdaşı: Biz mütəmadi olaraq monitorinqlər həyata keçiririk. Bu gün Göygöl rayonunun Topalhəsənli kəndinə gəlmişik. Əraziyə baxış keçirdik. Heç bir zərərvericiyə və xəstəliyə rast gəlmədik. Monitorinq zamanı aşkar etdik ki, fitosanitar vəziyyət qənaətbəxşdir. Monitorinqlər bundan sonra da əhatə etidiyimiz ərazilərdə davam etdiriləcək.
- Baxış: 389