Müasir insanların kabusuna çevrilən bəlalardan biri də qanda yüksək xolesterinin olmasıdır. İndi yalnız yaşlı nəslin yox, elə gənclərin də öz qida rasionlarından yağlı, piyli yeməkləri çıxardığını tez-tez görürük. Tibb işçiləri isə xolesterini "ziyanlı" maddə saymağın düzgün olmadığını deyir. Daha ətraflı sıradakı süjetdə..
Artıq çəkidən əziyyət çəkənlər daim öz qida rasionlarına nəzarət etməlidirlər. Onlar nə isə yeməzdən əvvəl mütləq yaxşıca düşünməlidirlər ki, çəkiləri bir qədər də artmasın. Tibb işçiləri deyir ki, hətta ən kalorili, ələxsus da yağlı qidalar insan orqanizmində artıq çəki problemi ilə yanaşı, xolesterinin yaranmasına da səbəb olur. Araşdırmalara görə xolesterin damarlarda toplanaraq sonradan ciddi ürək-damar xəstəliklərinə səbəb olur. Amma bəzi adamlar da deyir ki, xolesterin əslində bizim orqanizmimiz üçün zəruri olan bir maddədir.
Sizcə yağlı yeməklər zərərlidir? Niyə ?
Deməli bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də birmənalı şəkildə xolesterin zərərlidir, və ya xeyirlidir demək olmaz. Bu insanların fərdi xüsusiyyətlərindən asılıdır. Amma ümumi olaraq belə nəticəyə gəlmək olar ki, insanın həyat tərzindən çox şey asılıdır. Sağlam olmaq istəyiriksə sağlam qidalanmalı və sağlam həyat tərzi keçirməliyik.
- Baxış: 250