• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 08.06.2020 12:15

Avtomobil piyadanı vuraraq öldürdü

KepezTV Player

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpünün yanında qeydə alınıb. İbrahim Bəşirov idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən rayon sakini, 49 yaşlı Vüqar Yusifovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.