• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 08.06.2020 12:20

İki gündə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

KepezTV Player

COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 6 iyun gecə saat 12-dən 8 iyun səhər saat 6-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2524 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bundan əlavə, respublikanın digər avtomobil yollarında sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda maskalardan istifadə edilmədiyinə görə 218 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə 5 nəfər olmaqla ümumilikdə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.