KepezTV Player
Bakının Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb. Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Hüseybala Əliyev küçəsi 22B ünvanında yerləşən kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 6 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Obyekt sahibi Mirvari Hüseynova 1500 manat, digərləri 100 manat cərimə olunublar.
- Baxış: 1769