• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 05.06.2020 19:31

Qəzalarda xəsarət alanlar var

KepezTV Player

Bakının Qaradağ rayonunda, Səngəçal qəsəbəsində BMW markalı maşın “Shagman” markalı yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən BMW alışıb və sürücü ilə qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməkliyi ilə xilas olunublar. Əraziyə yol polisi əməkdasları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.**Sabunçu rayonunda Yeni Ramana qəsəbəsində isə VAZ-21099 idarəetmənin itirləməsi nticəsində qarşıdan gələn “Kia Rio” markalı minik maşını ilə toqquşub. VAZ-da olan qadın sərnişin xəsarət alıb, sürücü zərbənin təsirindən deformasiyaya uğrayan avtomobilin sükanına sıxılıb. O, ətrafdakıların köməyi ilə çıxarılıb.**Şəmkir rayonun Çinarlı qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən 7 yaşlı uşağı VAZ-2107 markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib, vəziyyəti kafidir.