KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir su anbarında, qeyri-çimərlik ərazidə 1 nəfər xilas olunub. Belə ki, 17 yaşlı Rüstəm Rəşidli su anbarı hövzəsində çimərkən batmaq təhlükəsi ilə üzləşib. Aran Dalğıc Axtarış Qrupu son anda gənci xilas edərək sahilə çıxarıb.
- Baxış: 1861