KepezTV Player
Tələbələrin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı müraciətlərininin nəticələri barədə məlumat növbəti həftədən etibarən verilməyə başlanacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-telebe.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər.<br>Müraciətlərin qəbulu 10 iyuna qədər davam edəcək.
- Baxış: 297