• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 05.06.2020 16:19

Polis vətəndaşları sərt karantin rejiminə əməl etməyə çağırıb

KepezTV Player

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimini sərtləşdirməsi gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları üçün ictimai məkanlarda nəzarətin gücləndirilməsini labüd edib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birgə şəhərin müxtəlif ərazilərində xidməti davam etdirir. Polis vətəndaşları sosial izolyasiya tədbirlərinə əməl etməyə və maskadan istifadə etməyə çağırıb. Sabahdan etibarən isə məhdudiyyətlərin tətbiq edildiyi müddətdə şəhərin bütün əraziləri nəzarətə götürülkəcək. Verilən məlumata görə, yalnız  fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslərin  xüsusi icazə ilə çölə çıxamlarına şərait yaradılacaq.

Eşqin Qasımov - DİN-nin mətbuat xidmətinin əməkdaşı: Bu günə qədər şəhərə giriş-çıxış məhdudiyyəti vardır. Bundan sonrada şəhərin küçə və prospektlərində polis əməkdşaları xüsusi karantin rejiminin tələblərinə nəzarət edəcəklər. Vətəndaşlardan xaiş olunur ki zərurət olmadıqda yaşayış yerlərini tərk etməsinlər. Tərk etmək zərurəti yarandıqda isə aidiyyatı qurumdan icazə alsınlar. Əks təqdirdə polis əməkdaşları onlar barəsində qanuna müvafiq tədbir görəcəklər.

Samir Mustafayev – sakin: Bu gün bankla bağlı işim vardır. Ona görə çıxmışam. Əlbəttə şənbə və bazar günləri hamımızın borcudur evdə qalaq. Bu bizim sağlamlığımız üçündür. Bu şərtlərə hər bir vətəndaş əməl etməlidir.

 

Natiq Hüseyn