• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 05.06.2020 12:06

Mühafizəçini öldürüb mağazanı qarət edənlər saxlanıldılar

KepezTV Player

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda qeyri-aşkar şəraitdə törədilən qətl hadisəsinin üstü “isti izlərlə” açılıb. Mühafizəçini öldürüb mağazadan pul oğurlayanlar saxlanılıblar.

İyunun 1-də səhər saat 6 radələrində paytaxt sakini Hüseyn Əhmədovun Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Məlum olub ki, mağazanın seyfindən külli miqdarda pul vəsaiti oğurlanıb. Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Fuad Yusifli və Kürdəmir rayon sakini Sadiq Cəlalov saxlanılıb.

Onlardan hadisə zamanı mağazadan əldə etdikləri 51 min 292 manat, həmçinin, mühafizə kameraları üçün quraşdırılan cihazlar maddi sübut kimi götürülüb. Hər ikisi iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hadisənin təfərrüatlarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.