• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 04.06.2020 14:36

Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları Aşağı Seyfəli kəndində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilən qəlyan avadanlıqlarından istifadə etdiyini müəyyən ediblər. Çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maska taxmadıqları məlum olub. Obyektdəki 5 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.

İlqar Əliyev Şəmkir RPŞ-nin xidmət üzrə rəis müavini: Obyektin fəaliyyəti dayandırılıb. Çay evinin sahibi 200, müştərislər isə 100 manat məbləğində cərimə olunublar.

Ricat Qafarov obyektin sahibi: Sadəcə məndən xahiş etdilər, mən də hazırladım, verdim çəkdilər. Oda polis əməkdaşları gəlib gördülər. Bura gətirdilər.

Nurlan Qurbanəliyev obyektin müştərisi: Qonaq gəldim, ürəyim qəlyan istədi. İndi də peşmanıq. Çox peşmanıq. İstəyirik bizə baxıb heç kim istifadə etməsin.

Natiq Hüseyn