• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1152
— 04.06.2020 12:39

Bakıda sərnişin avtobusu yanıb

KepezTV Player

Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb. Hadisə keçmiş "Komsomol" dairəsi kimi tanınan ərazidə baş verib.209 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən "Temsa" markalı avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib. Sürücü Cavid Məmmədov avtobusdan enib, yanğının qarşısını almaq istəyib. Buna baxmayaraq, avtobus alova bürünüb.Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.