• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1857
— 04.06.2020 12:39

Daşkəsəndə qardaş bacısını qətlə yetirdi

KepezTV Player

Son zamanlar rayonlarda baş verən cinayət hadisələrinə daha biri əlavə olunub. Bu dəfə Daşkəsən rayonunda qətl hadisəsi yaşanıb. Qardaş bacısını öldürüb.

Olay rayonun Əhmədli kəndində qeydə alınıb. 24 yaşlı Elgün Abbasova qətlə yetirilib. Gənc qız ata nənəsinin evində öldürülüb. Qadını qətlə yetirən isə öz qardaşı 20 yaşlı Elvin Abbasov olub.

Hadisə gördüyünüz bu evdə qeydə alınıb. Axşam saatlarında ata nənəsinin evinə gələn Elvin Abbasov qısqanclıq zəminində bacısı Elgün Abbasovanın başına odun parçası ilə zərbə endirərək onu qətlə yetirib. Bacısının öldüyünü gördükdən sonra isə 102 xidməti ilə əlaqə saxlayaraq onu öldürdüyünü deyib.

Qətlə yetirilən qadının atası Elşah Abbasov da polisə zəng vuraraq qızını öldürdüyünü bildirib. Lakin onun oğlunu qorumaq məqsədi ilə bu addımı atdığı güman edilir. Azyaşlı övladı olan qadın əvvəllər ailəli olub. O, boşandıqdan sonra nənəsi ilə birgə yaşayıb.

Faktla bağlı Daşkəsən rayon Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, Elvin Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.