• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 03.06.2020 20:13

Goranboyda 12 ailənin həyatı təhlükədə

KepezTV Player

Goranboyda 12 ailənin həyatı təhlükədədir. Təhlükədən adiyyatı üzrə məlumatlı olanlar olsa da sakinlərin hələ ki, halına yanan olmayıb. Hər səhər sağ-salamat günə başladıqları üçün şükr edənlərin belə getsə, yaşamağa yerləri olmayacaq. Bəlkə də söhbətin nədən getdiyini, növbəti materialımızın mövzusunun nə olduğunu bildiniz. Vaxt itirmədən təfərrüatları elə sakinlərin öz dilindən eşidək.

Bizim otaq budur. Demək olar ki, pis vəziyyətdə yaşayırıq. Çatdan baxanda çöl görsənir. Bütün otaqlarımız bu vəziyyətdədir. Xəstə uşağım var. Anamla birlikdə yaşayıram.

Evə uşaq keçməsin deyə mən bu çamadanı daim bura qoyuram. Yenə də fikrim uşaqların yanında olur.

Təhlükə ilə üz-üzə qalanlar Goranboy şəhərinin Məmməd Məhərrəmov küçəsində yaşayanlardır. 60-a yaxın yaşı olan binanın sakinləri illərdir qəzalı dedikləri tikilidən can qurtara bilmirlər. Hər an uçma təhlükəsi olan bina sakinlərin getməyə başqa yeri olmadığı üçün. Düzdür bəzi ailələr məcburi yataqxanaya köçürülsələr də, orada kommunal sistemin normal olmaması səbəbindən qayıdıblar yenidən köhnə evlərinə.  

Məsumə İbrahimova - sakin: Mənim hər gecəm hər günüm həyacandır. Rayona çıxıram deyirəm ay allah ev uçdu uşaqlar altında qaldı. O körpə serebral xəstə uşaqdır. Körpə uşaq nə qanır uçqu nədi daş nədi.

Bir neçə il bundan əvvəl binanın fasadından başlanan işlər sakinlərin sevincinə səbəb olub. Qəzalı binadan canlarının qurtaracağı, əsaslı təmir nəticəsində təhlükədən uzaq olacaqlarını düşünüblər. Lakin binada görülən işlər kosmetik xarakter daşıyıb.  

Güldəstə Alışanova – sakin: 3 il bundan əvvəl təmir olunub. Bax belə təmir olunub. Üzunu maskaladılar, altında qalsın, görən olmasın. O da beləcə dağılıb.

Sakinlər rayonda yeni inşa olunan yaşayış binasından onlara mənzil verilməməsindən də şikayətlənirlər.

İlqar Əhmədov  - sakin: Burada 12 ailə yaşayır. Hərəsində də 6 üzv var. Belə götürəndə 72 adam var. Bu bina uçdumu hamımız bu binanın altında qalacağıq. Elə hər gün gəlirlər söz verirlər sizi köçürəcəyik. Təzə bina tikiləcək iki ildir bizi beləcə süründürürlər.

Goranboyda yeni tikilən binadan Məmməd Məhərrəmov küçəsinin sakinlərinə ev verilməməsinə icra nümayəndəsi Rüfət Bağırov aydınlıq gətirdi. Onun sözlərinə görə, yini tikiliyə daha əvvəl qəzalı vəziyyətə düşən mənzillərin sakinləri köçürülüb.  

Rüfət Bağırov - Goranboy şəhər İcra nümayəndəsi: 16 mənzilli qəzalı bina sökülərək yerində 40 mənzilli 5 mərtəbəli bina inşa olundu. Ondan iki binada vardır qəzlaı vəziyyətdə həmin sakinlərdə ora köçürüldü.

O ki qaldı mövcud binanın yenilənməsinə bu istiqamətdə lazımı sənədləşmə işi aparılır və yaxın vaxtlarda əməli işlərə başlanılacaq.

Rüstəm Mehtiyev - baş memar: Goran qəsəbəsi və Cəfər Cabbarlı küçəsində iki qəzalı bina var. Biz bununla bağlı müvafiq orqanlara məktublar ünvanlamışıq. Hər halda tezliklə bu öz müsbət həllini tapacaq. Hesablamışıq yeni bina üçün 36 mənzil tələb olunur. Biz öz təklifimizi Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə göndərmişik.

İndi qalır hər 3 binaın sakinləri üçün yeni binanın tikintisinə başlamaq. İnanırıq ki, hər hansı bədbəxt hadisə baş vermədən vətəndaşlar yeni mənzillərinə köçəcəklər.

 

Natiq Hüseyn