• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 03.06.2020 16:12

Kiçik dronların saçdığı təhlükə

KepezTV Player

Yayın ən böyük problemlərindən biri bəlkə də birincisi, hava qaralan zaman pəncərədən otağa daxil olan ağcaqanadlardır. Özləri balaca olsa da, insanlara böyük narahatlıq verirlər. Pəncərələrdə torlar, bu həşəratların bizi dişləməsinə mane olan  müxtəlif kremlər, losyonlar  və s... Bəs hansı seçim daha faydalıdır? Amma gəlin əvvəlcə öyrənək görək sakinlər axşamlar otağa daxil olan ağcaqanadlardan evi necə qoruyur ? Axşamlar otağa daxil olan ağcaqanadlardan evi necə qoruyursuz?

Ağcaqanadlardan qorunmaq üçün bu alternativlərin - həmin dərmanların bizim sağlamlığımıza təsiri necədir? Zərərvericiləri məhv etmək üçün istifadə edilən dərmanlar təhülkəlidirmi?

Şəhla Verdiyeva - həkim: Ən yayılmış yan təsirləri hər kəsin bildiyi allergik reaksiyalar verə bilər. Xüsusilə sprey və ya krem formasında olan məhsullar. Bunlar bilavasitə uşaqlara, həssas insanlara olmaz. Hamilə qadınlara da tövsiyyə olunmur. Çünki dəri baryerinə keçib, sağlamlığa təsir göstərmə kimi xüsusiyyəti var. Mümkün qədər həkimlə məsləhətləşmək önəmlidir. Xüsusilə həssas olan insanlar üçün. Bədənə bilavasitə təsiri olmayan amma elektrik yolu ilə ağcaqanadın öldürülməsini təmin edən məhsullar var ki, bunlar da havaya qarışır. Kiçik dozlarda orqanizmə bir təsir göstərmir amma mütəmadi, davamlı istifadə olunması tənəffüs yollarından daxil olub, ağciyərlərə və bronxlara, həm həssaslaşdırıcı və astmaya, yaxud da bronxitə səbəb yaradıcı həm də ağciyərdə bir çox xəstəlikləri törədici xüsusiyyətə malikdir.

Deyirlər  milçək özü bir şey deyil, amma könül bulandırır. Eyni şeyi ağcaqanad barədə də demək olar. Bəzən bütün gecəni yuxusuz qalmaq üçün ağcaqanadın yalnız vızıltısı kifayətdir. Buna görə də onlarla mübarizə aparmaq lazımdır. Amma təbii ki, bu süjetdə səslənən təhlükəsizlik məsələlərinə əməl etmək şərtilə...