• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 03.06.2020 16:01

ÜST: "Koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər"

KepezTV Player

Yeni növ koronavirus infeksiyasının yenidən alovlanması ilə bağlı real təhlükə var. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər. “Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır. Hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil. Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var", - deyə Kluge vurğulayıb.