• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1350
— 02.06.2020 15:30

Naftalan şəhərində Regionda ilk “Little Free Library” kitabxanası açıldı

KepezTV Player

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq kurort şəhəri Naftalanda sakinlər eləcədə bura təşrif buyuran yerli və xarici turistlərin ixtiyarına verilib. Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək və ölkəmiz həmin saytın xəritəsində ölkələr sırasında yer alıb. Əsas məqsəd əhali arasında kitaba daha çox bağlı olmaq və maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər bir nəfər üçün nəzərdə tutulub. Xatırladaq ki, “İ Love Naftalan” adlanan həmin bölmə Regionda ilk kəs məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıbdır. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan bu kitabxanada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstərilir.Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini şərtləndirən amillərdəndir. Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı  Rus, İngilis və Türk dillərində hər yaşa uyğun kitablar sərgilənir.

Samir Qocayev Naftalan şəhər Statistika İdarəsinin rəisi: Məlumat üçün bildirirəm ki, Naftalan şəhərinə son illər ərzində yerli və xarici turustlərim gəlim sayında xeyli artım müşahidə olunub. Ötən ilin son aylarından bu günədək Naftalan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə turist məmunluğunu təmin etmək üçün bir çox sayda layihələr həyata keçirilir. Bu gördüyünüz kiçik kitbaxanada həmin layihələrdən biridir. Bu kimi layihələr gələcəkdə də davam etdiriləcək.

Arzuman Abbasov turist: Xarici ölkələrə getməkdənsə öz vətənimdə öz yerimdə istirahət etməyi hər şeydən üstün tuturam. Gözəl təmiz suyu havası qaldığım sanatoriyada bütün qaydalara riayət olunur. İndidə gəldim gördüm vətəndaşlar və turistlər üçün kitabxana açıblar. Maraqlandım Evendin Conson əsərini götürdüm. Çox mənə ləzzət etdi. Oturub istirahət edib dincəlirəm.

Natiq Hüseyn