• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 01.06.2020 20:09

Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlayıb. Şəhər Baş polis idarəsinin əməkdaşları ilə birgə Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Nicat Tanrıverdiyevə məxsus yük avtomobilinə baxış keçirilib. Nəqliyyat vasitəsində fiziki şəxs Pərviz Poladlıya məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq həmin preparatların satışına məhdudiyyət qoyulub.