• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 01.06.2020 20:01

İmtahanların keçirilmə qaydaları

KepezTV Player

"Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməzlər" - Bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. Üzrlü səbəbdən buraxılış imtahanına buraxılmayanlar üçün sentyabrda ayrıca imtahan təşkil olunsa da, qəbul imtahanında bu imkan yaradılmayacaq. Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin imtahan nəticələri də ləğv olunacaq.

Hər həftə sonu təqribən 40-45 min abituriyent cəlb olunmaqla, bir ay ərzində imtahanlarda 200 min nəfər iştirak edəcək. Koronavirusa yoluxmanın qarşısını almaq üçün binaların daxili və xaricində sosial məsafə qorunacaq, dezinfeksiya vasitələri ilə təmin ediləcək. Temperaturu olanlar imtahana buraxılmayacaq.

Şagird və abituriyentlər "Şəxsi Kabinet"lərində yerləşdiriləcək xüsusi bəyannaməni imzalanmış şəkildə təqdim etdikdən sonra imtahana girə biləcəklər. bununla onlar ailə və yaxın qohumlarında son 15 gündə koronavirusa yoluxanların olmadığını və belə xəstələrlə ünsiyyət qurmadıqlarını təsdiqləmiş olacaqlar. Ali məktəblərə qəbul imtahanlarının tarixi iyunun 5-dən sonra açıqlanacaq. O ki qaldı, imtahanlarda keçid balının azaldılacağı ilə bağlı deyilənlərə.....

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri abituriyentlərə də səslənib - imtahanlara telefonla gələnlərin nəticələri nəzərə alınmayacaq. Məleykə Abbaszadə rezidentura imtahanlarının vaxtı barədə dəqiq məlumatın olmadığını bildirib. İmtahanlar iyulun axırında, avqustun əvvəlində baş tuta bilər.