• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 01.06.2020 15:28

Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edilib

KepezTV Player

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Daf" markalı yük maşını ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını deyib. Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən 102600 ədəd etiket aşkar edilib. Faktla bağlı araşdırma aparılır.