Yaz ayları müxtəlif növ meyvələrin fəsli hesab olunur. Bahar mövsündə ilk olaraq alça və çiyələk daha sonra bazarlara gilas çıxarılır. Hazırda isə adlarını çəkdiyimiz meyvələrdən sonuncusunun Tovuzda yığımı gedir. Ətraflı qarşıdakı sujetdə.
Artıq 10 günə yaxındır Tovuzun gilas bağlarında məhsul yığımı aparılır. Əvvəlcə daha tez yetişən lori sortu ağaclardan toplanır. Bu il ötən illərə nisbətən məhsuldarlıq daha ürəkaçandı.
Rəşad Cəfərov - fermer: Bizim bağda sortlar çoxdur. Ona görə də yığım prosesi yavaş-yavaş gedir. Bu ağacları Türkiyədən gətirmişik. Yaxşı məhsul gətiribdir. Onun üçün məhsul yaxşıdır ki, mineral gübrələrini vaxtında vermişik, aqrotexniki qulluq göstəmişik.
Alakol kəndində 50 hektar sahədə yerləşən gilas bağında əsəsən bar verən ağaclar 5 və 4 illikdi. Ötən mövsüm eyni ərazidən hektara 10 ton məhsul yığılmışdısa, cari il ağaclar ikiqat - 20 tona yaxın gilas gətirib. Həm yemək, həm də mürəbbə bişirmək üçün istifadə olunan məhsul bol olmaqla yanaşı alıcısı da çoxdur.
Rəşad Cəfərov - fermer: Lori sortu yerli bazar üçündür. Bu növ iri olur. Ölçüsü böyük olduğu üçün bazarda belə gilas azdı. Buna görə bizdə satışda çətinlik olmadı. Gilasın qiyməti 8 manat oldu. Bahalı oldu. Gilasa tələbat var. Bahalı olsa da, alırlar. Restoranlar da, adi insanlar da alırlar.
Hələlik daha tez yetişən və may gilas kimi də tanınan lori sortunun yığımı davam etsə də, iyunun 20-dək bütün gilas növlərinin toplanması yekunlaşacaq. Rayon üzrə 2100 ha gilas bağı var.
- Baxış: 3244