• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 01.06.2020 11:23

Çalışdığı yerdə narkotik bitki əkdi

KepezTV Player

Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı yerdə narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağayev saxlanılıb və onun mühafizəçi kimi işlədiyi karxana ərazisinə baxış keçirilib. Oradan 41 ədəd aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları götürülüb. Dindirilmə zamanı M.Ağayev narkotik bitkini şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.