Şəhərlərarası sərnişin daşıma iyun ayının 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovanın sözlərinə görə, vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maska və əlcəklərdən istifadə zəruri olacaq. Bileti olsa belə, sərnişin bu baydalara əməl etməzsə, o avtobusa buraxılmayacaq.Maskasız olan sərnişinlər avtovağzallarda maska əldə edə biləcəklər. Ancaq bu ilkin günlər üçün nəzərdə tutulub. Qaydalar 56 avtovağzal və avtostansiyalara bildirilib, eyni zamanda xidmətin əməkdaşları da həmin yerlərə ezam olunublar.
- Baxış: 431