KepezTV Player
Beynəlxalq Şahmat Federasiyası may ayı üçün reytinq siyahısını açıqlayıb. İlk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov isə 11-ci yerdə qalıb. Digər həmyerlilərimizdən Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü, Rauf Məmmədov 90-cı pillədə yer alıb. Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.
- Baxış: 1081